İlqar Məmmədovun məhkəməsi olacaq

ilqar-memmedovun-mehkemesi-olacaq
Oxunma sayı: 5937

Respublikaçı Alternativ partiyasının həbsdə olan sədri İlqar Məmmədovun yenidən məhkəmə prosesi keçiriləcək.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun vəkili Fuad Ağayev məlumat verib. O bildirib ki, İ.Məmmədovun işi üzrə yeni apellyasiya baxışı Şəki Apellyasiya Məhkəməsində avqustun 10-u saat 11-də keçiriləcək.

Xatırladaq ki, iyulun 2-də Ali Məhkəmənin Plenum iclasında REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətiə baxılıb.
Qərara əsasən, İ.Məmmədovun barəsində kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin qərarlarını ləğv edilib və  iş baxılması üçün yenidən apellyasiya instansiyasına göndərilib.

 

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Murad Əhməd