İlqar Mikayıloğlunu ilan sancdı? - Yenilənib

İlqar Mikayıloğlunu ilan sancdı?
Oxunma sayı: 76

Tanınmış teleaparıcı İlqar Mikayıloğlunu çəkiliş zamanı ilan sancıb. 

“Qafqazinfo” big.az-a istinadən xəbər verir ki, Füzuli rayonu Haramı düzündə verilişin çəkilişi zamanı aparıcını ilan sancıb və o, dərhal hospitala aparılıb. 

Eyni zamanda, hadisə şahidləri İlqar Mikayıloğlunun səhhətinin ağır olduğunu da bildiriblər. 

***

"Qafqazinfo" hadisə ilə bağlı teleaparıcının xanımı Zülfiyyə Bayramova ilə əlaqə saxlayıb. O, yayılan xəbəri təsdiqləyərək hadisənin bir neçə dəqiqə əvvəl baş verdiyini bildirib:

"Hadisə bir neçə dəqiqə əvvəl baş verib. İndi Haramı düzündəyik. Çəkiliş zamanı İlqarı ilan sancdı. Necə olduğunu bilmədik. İndi ilkin tibbi müdaxilə olub. Hazırda səhhəti bir qədər ağırdır". 

***

“Aparıcı İlqar Mikayıloğlunun vəziyyəti normaldır. Onu su ilanı-təlxə sancıb. Həmin ilan zəhərsizdir. Sadəcə ayağını dişləyib. Ona görə, zərdab vurulub ki, infeksiya keçməsin”.
 
Bu sözləri Lent.az-a aparıcının həyat yoldaşı, hüquqşünas Zülfiyyə Babayeva deyib.
 
O qeyd edib ki, hazırda Füzulidən Bakıya gəlirlər: "Bakıya gəlirik, hər şey yaxşıdır. İlqarın heç bir həyati təhlükəsi yoxdur".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi