İlyas İsmayılov Elxan Şükürlüdən danışdı

ilyas-ismayilov-elxan-sukurluden-danisdi
Oxunma sayı: 696

Partiya sədri “Media forum” saytına açıqlamasında deyib ki, E.Şükürlü istefa ərizəsi təqdim etməyib: “Heç istefası haqda partiyaya məlumat da verməyib. Onun belə bir addım atmasına təəssüflənirəm və bu addımının səbəbini bilmirəm. Mən Elxan Şükürlünü özümə yaxın insan kimi qiymətləndirirəm, doğmam kimi çox istəyirəm. Mən onun yaxşılığını istəyən adamam. Onun istefasını partiya üçün böyük itki hesab edirəm. Yəqin ki, gəlib partiya ilə vidalaşacaq. Bunu mətbuatda bəyanat yaymaqla deyil, partiya ilə müzakirə etməklə reallaşdırmaq lazımdır. Təəssüf ki, hələ partiyaya gəlib vidalaşmayıb”.

İ.İsmayılov keçmiş müavininin narazı olduğu məsələləri mətbuatda müzakirə etmək istəmədiyini vurğulayıb.