İmam Hüseynin varisləri kimdir?

imam-huseynin-varisleri-kimdir
Oxunma sayı: 2285


“Qafqazinfo”nun deyerler.org-a istinadən məlumatına görə, Aşura hadisəsinin varisləri onu canlı və ayaqda saxlayır, nəsildən-nəslə ötürürlər. Bəs bu varislər kimlərdir? (Tebyan)

“Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra(Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Qur’anda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər)”. (“Ənbiya” 105).

Yerin varisi olmaq və orada hökm etməyin iki şərti vardır: Allah bəndəliyi və saleh əməl. Ona görə də deyə bilərik ki, İmam Hüseynin (ə) varisləri o kəslərdir ki, ubudiyyət və saleh əmələ malikdirlər. Peyğəmbərin (ə) və övliyaların varisi olmaq üçün bir neçə şərt lazımdır:

1. Elm. İslam dini elmlə görülən işə əhəmiyyət verər. Çünki mümkündür ki, elm olmadan edilən əməl ardınca fəsad gətirsin. Əmr-be-mərufun yolunu bilməmək kimi. Bu əməl başqasını dindən soyudar və uzaqlaşdırar. İmam Sadiq (ə) buyurur: “Bəsirətsiz və agah olmayan iş görənlər sanki yolunu azmış yolçu kimidirlər və onun sürətlə getməsi yolundan uzaqlaşmaqdan başqa nəticə verməz”.

2. Ubudiyyət. Yəni, İlahi kamala və sifətə bürünmək. Tövhid və vilayət bir sikkənin iki üzü kimidir. O kəs ki, bütün varlığı ilə tövhid kamalına bürünər, Haqdan başqa heç bir əməl və sifət görməz. İlahi vilayətə daxil olar və Allah ona həyatının hər bir sahəsində rəhbərlik edər. Allah onun Vəlisi və o, Vəliallah olar. Əgər ibadət bəşər həyatında olmasaydı, insan başqa məxluqlardan fərqlənməzdi.

3. İtaət və təqva. İnsan vəhy və İmamı vasitəsilə küfr və zülm tufanını geridə qoyar və bəsirət çırağı insanın canında yanmağa başlayar. Ağıl gözü görər və əqli həqiqətləri ayırd edə bilər. İnsan təqva vasitəsilə nəfsani istəklərinə və həvəslərinə qalib gələr. Tədricən bu cür insan zülmə və günaha nifrət edər, ədalətli, düzgün və haqqı deyən bir insan olar. İnsan təqva vasitəsilə haqqı batildən ayıra bilir və İlahi hidayət yolunda addımlayar.

4. Saleh əməl. Saleh əməl Allaha görə edilən əməldir və bu əməldə şirk olmaz.

Beləliklə deyə bilərik ki, İmam Hüseynin (ə) varisi o kəslərdir ki, elmə, ubudiyyətə, təqvaya və saleh əmələ malik olar.