İmam məsciddən pul tapdı, kamerada gördüklərinə inana bilmədi - Video

imam-mescidden-pul-tapdi-kamerada-gorduklerine-inana-bilmedi
Oxunma sayı: 4156

Türkiyədə din mədəniyyəti və əxlaq bilgisi müəllimi Mətin Yıldırım işlədiyi məscidin qapısında 100 lirə tapıb.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, imam tapdığı pulun sahibini axtarmaq üçün təhlükəsizlik kamerasına baxarkən gözlərinə inanmayıb. Belə ki, küçədən pul tapan bir qrup azyaşlı onu məscidin qapısına qoyub. Gördüyü mənzərədən duyğulanan Yıldırım sosial şəbəkədə bunları yazıb:

“Sizə tərbiyə verən valideynlərə, müəllimlərə halal olsun. Pulu küçədə tapsalar da, haram pula toxunmayıb ən uyğun yerə qoyublar. Ümidimiz uşaqlar”.