İmamdan bayram namazı ilə bağlı fikir ayrılıqlarına- - Reaksiya

imamdan-bayram-namazi-ile-bagli-fikir-ayriliqlarina-
Oxunma sayı: 4585


Azərbaycanda Ramazan bayramının elan olunması ilə bağlı yaranan fikir ayrılığına İlahiyyat məscidinin imamı Ceyhun Rüstəmov da münasibət bildirib. 

O, "Qafqazinfo"ya açıqlamasında xüsusilə deputat Fazil Mustafanın Azərbaycanda bayram namazının bütün dünyadan fərqli olaraq iyulun 28-də deyil 29-da qılınmasına verdiyi sərt açıqlamara münasibət bildirib. 

İmam deyib ki, Fazil Mustafanın iradı haqlı deyil:  "Deputat hər zamanki kimi özünə məxsus açıqlama verib. Lakin yenə də açıqlamasında yanlışlıqlar var. Yaxşı olar ki, Fazil bəy öz sahəsi üzrə danışsın və işlər görsün. Mən əminəm ki, o deputat vəzifəsini layiqincə yerinə yetirir. İbadətlə də məşğul olsun. Lakin bununla bağlı hər gün açıqlamalar verməsin. Bu, onun sahəsi deyil. 

O ki, qaldı təqvimə bu Şamaxı Rəsədxanasının tədqiqtları nəticəsində müəyyən olunub. Təqvimlər isə mərkəzlərarası müəyyənləşdirlir. Əldə olunan razılıqlara heç kim kölgə salmasın".