İyunun 23-də Türkiyənin İstanbul şəhərində keçiriləcək bələdiyyə seçkiləri öncəsi iki namizəd - Binəli Yıldırım və Əkrəm İmamoğlu ilk dəfə canlı yayımda üz-üzə gəlib.
"Qafqazinfo"nun məlumatına görə, namizədlərə sualları aparıcı İsmayıl Küçükkaya ünvanlayır.
Biz bu seçkilərə niyə gedirik?
Binəli Yıldırım: Seçkilərə getmək məcburiyyətində qaldıq. Kaş ki, səslər tam hesablanardı. Onda heç kimin ağlında tərəddüd, şübhə qalmayacaqdı. İstanbulluları da 23 iyun üçün yormayacaqdıq. Onların planlarını, edəcəklərini, hədəflərini dəyişdirmək məcburiyyətində qalmayacaqdıq.