İmamoğlu vəzifəsini təhvil aldı - Fotolar

imamoglu-vezifesini-tehvil-aldi
Oxunma sayı: 2816

İstanbul Böyükşəhər Bələdiyyəsinin yeni sədri Əkrəm İmamoğlu vəzifəsini fəaliyyətdə olan sədr Mövlud Uysaldan təhvil alıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, bələdiyyə binasında baş tutan mərasimdə çıxış edən yeni sədr İstanbula xidmət üçün çalışacağını bildirib.

İmamoğlu həftə sonu İstanbul əhalisi ilə görüşəcəyini də deyib.