İmamoğlunun aeroport qalmaqalının yeni görüntüləri yayıldı

imamoglunun-aeroport-qalmaqalinin-yeni-goruntuleri-yayildi
Oxunma sayı: 3550

İyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək CHP partiyasının namizədi Əkrəm İmamoğlunun adı bir neçə gündür qalmaqalda hallanır. Belə ki, iyunun 5-də Ordu şəhərindən özəl təyyarə ilə İstanbula qayıdan siyasətçi qanuni haqqı olmadığı təqdirdə Ordu-Giresun Hava Limanındakı VIP salondan istifadə etmək istəyib. Bu zaman onunla Ordunun valisi Seddar Yavuz arasında mübahisə düşüb. İmamoğlunun yaranmış gərginlik zamanı qarşı tərəfin ünvanına “Vali itlik edib” təhqirini səsləndirdiyi irəli sürülüb. Bundan sonra o, açıqlamasında haqqında deyilənləri təkzib edərək “Vali ucuzluq edib” ifadəsini işlətdiyini söyləyib. 

FOX TV-də “Ana Xəbər”in aparıcısı, həm də İmamoğlunun dəstəkçilərindən biri olan Fatih Portakal hadisənin ilk görüntülərini yayımlayıb. O, xəbəri təqdim edərkən belə bildirib: “İmamoğlu vali ilə bağlı söz işlədib, biz o sözü vermədik. Təhqir xarakterli sözdür”.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bir qisim KİV günlərdir müzakirə olunan  görüntülərin montaj olduğunu iddia edib. Lakin aeroportdakı qalmaqalın başqa bir televiziya tərəfindən çəkilən yeni görüntüləri ortaya çıxıb. 

Görüntülərdə İmamoğlunun valinin ünvanına “Vali itlik edib” cümləsini işlətdiyi eşidilir, onun səlahiyyətli şəxslərdən birini itələyərək “Gərəksiz müdaxilələr edirsən” deyərək VIP bölümünə girdiyi görünür.