İmamoğlunun ilk təlimatı yeməklərlə bağlı oldu - Video

imamoglunun-ilk-telimati-yemeklerle-bagli-oldu
Oxunma sayı: 3321

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olaraq vəzifəsinin icrasına başlayan Əkrəm İmamoğlu bələdiyyə binasında otaqları bir-bir gəzərək işçilərlə söhbətləşib.

“Qafqazinfo” “Sözcü”yə istinadən xəbər verir ki, İmamoğlu son olaraq bələdiyyənin mətbəxinə girib.

Aşpazlara “Bu gün yeməkdə nə var?” deyə soruşan sədrə “Badımcan var idi, sizin üçün də antrikot” deyə cavab verilib. İmamoğlu isə bunun doğru olmadığını və hər kəs üçün eyni yemək bişirilməsini istəyib:

“Olmaz, yanlışdır. Birinə badımcan, birinə antrikot olmaz. Növbədi dəfə hamıya eynisi olsun”.