IMEI kodlarının monitorinqinə başlanıldı

imei-kodlarinin-monitorinqine-baslanildi
Oxunma sayı: 634

İKT İnformasiya Mərkəzinin “Qafqazinfo”ya bildirdiyinə görə, IMEI kodların monitorinqi Azərbaycana qeyri-leqal idxal olunan və ölkənin mobil rabitə şəbəkələrində istifadə olunan mobil cihazları üzə çıxarmağa imkan verəcək. Monitorinq nəticəsində saxta IMEI kodları olan mobil cihazlar da aşkar olunacaq.

Monitorinq nəticəsində aşkarlanmış qeydiyyatsız mobil cihazların şəbəkədən istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub.
Monitorinq Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 28 dekabr 2011-ci il tarixli qərarına əsasən həyata keçirilir.

Monitorinq yerli mobil şəbəkələrin sim-kartları quraşdırılmış sim-kart mobil telefonlar, smartfonlar, planşet kompüterlər (məs. iPad) arasında aparılır. Mobil rabitə şəbəkəsi vasitəsilə aparılan monitorinq Azərbaycanda istifadədə olan bütün mobil cihazları əhatə edir.

IMEI - mobil cihaz üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrədir (International Mobile Equipment Identification). Mobil rabitə şəbəkəsində istənilən zaman kəsiyində istifadə olunan (hətta bir saniyə belə) hər bir mobil cihazın IMEI kodunu texniki olaraq monitorinq etmək və həmin mobil cihazın istifadəsini məhdudlaşdırmaq olar.

Nigar Məmmədli