“İmicimə xələl gətirmək üçün belə deyib” - Səməd Səmədovdan keçmiş xanımına cavab

“İmicimə xələl gətirmək üçün belə deyib”
Oxunma sayı: 3676

Xalq artisti Səməd Səmədov keçmiş həyat yoldaşının onun barəsində dediyi “Yas yerinə qırmızı pencəklə gəldi” sözlərinə münasibət bildirib.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, müğənni iddiaları təkzib edib:

“Sizcə hansı ata öz oğlunun yasına qırmızı geyinib gələ bilər?! Canımın bir parçası olan övladımın ölümü məni necə sevindirə bilər? Hətda Əli Mirəliyev də yas mərasimində iştirak etdiyini və bunun yalan olduğunu söylədi. O ki qaldı oğlumun qəbrini ziyarət etməməyimə, mən çəkiliş qrupunu belə ora apardım. Oradakı molla bildirdi ki, Səməd müəllim ayda heç olmasa iki, üç dəfə oğlunun ziyarətinə gəlir. Onun həyat yoldaşını isə biz 8 il olar ki burda görmürük. Oğlumun qəbrini onun qırx mərasimi belə çıxmamış düzəltdirmişdim. Oğluma 10 yaşına kimi anamla mən baxmışam. Emin 5 yaşındaykən yaratdığım ansamblın nəzdində sarayda dövlət tədbirində elə maraqlı çıxış etdi ki, həmin vaxtlar Mədəniyyət Naziri Polad Bülbüloğlu Eminin üzündən öpdü və mənə yaxınlaşıb “halal olsun sənə belə oğul böyütmüsən”, deyə əlini çiynimə qoydu”. Görünür şöhrətim, qazandığım hörmət qıcıq yaratdığı üçün imicimə xələl gətirmək üçün barəmdə bu cür sözlər dedi”.

Qeyd edək ki, S.Səmədovun keçmiş xanımı Zərifə “Xəzər maqazin”ə açıqlamasında bu sözləri demişdi:

“Mənim 16 yaşım var idi, o da əsgərlikdən yeni gəlmişdi. Qaçdıq, ailə qurduq. 9 ay sonra övladımız dünyaya gəldi. 5 il ailəli olmuşuq. Onun indiki xanımı o vaxtlar gəlib dedi ki, murdarçılıqdan məni azad et, sən gözəlsən, ər taparsan. Səməd, sənin vicdanına nə gəlib? Oğlumu atasının yanına göndərdim, qapını indiki xanımı açıb deyib ki, atan indi məşhurlaşıb deyə gəlmisən? Oğlum mənə qayıdıb dedi ki, ana, sən mənim başımı birinci dəfə yerə soxdun. Ona söylədim ki, atandır, eybi yoxdur. Oğlum da dedi ki, atam evdə idi, amma qapıya çıxmadı”.

O, oğlu Eminin bir müddət əvvəl öldüyünü söyləyib: “Oğlum bir qızın namusunu qorumaq üçün 47 dəfə bıçaqlanıb. Atası oğlumun ölümündən 3 gün sonra yasa qırmızı pencəklə gəldi”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi