İmişli sahibkarlarından alınan 586 min geri qaytarıldı

imisli-sahibkarlarindan-alinan-586-min-geri-qaytarildi-
Oxunma sayı: 654

İmişli rayonunda sahibkarlarla problemlər öz həllini tapıb. Bu barədə “Qafqazinfo”ya məlumat rəsmi qurumlardan daxil olub. Məlumata görə, İmişli rayonunda sahibkarlarla bağlı yaranmış anlaşılmazlıq öz həllini tapıb. Belə ki, daxil olan məlumatlara görə sahibkarlara olan 586 min manat borc ödənilib.

Xatırladaq ki, yanvar ayında İmişli rayonunda sahibkarlarla bağlı yaranmış anlaşılmazlıq mətbuatın diqqət mərkəzində olub.

Müxtəlif məlumatlara görə, icra başçısı Vilyam Hacıyev sahibkarlardan pul toplayaraq rayonda müəyyən işlər görüb. Onların pulunu qaytarmaqdan imtina edib. Bu narazılıqlar isə yuxarı instanisiyaların diqqətinə çatırlıdıqdan sonra məsələ ciddi araşdırılmağa başlanılıb.

Hətta dövlət başçısı 12 fevral müşavirəsində bu məsələyə işarə vuraraq bəzi rayonlarda sahibkarların yersiz şəkildə incidlidiyini demişi və buna son qoyulmasını tələb etmişdi.