İmişlidə ağır qəza - Sürücü öldü, iki uşaq yaralandı

imislide-agir-qeza
Oxunma sayı: 640

İmişlidə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” “APA”ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə lınıb. Kəlbəcər rayon sakini 1963-cü il təvəllüdlü  Məmmədov Zakir Məhəmməd oğlunun idarə etdiyi “VAZ- 2106” markalı avtomobil idarəetməni itirərək maneəyə çırpılıb. Nəticədə sürücü ölüb, iki azyaşlı uşaq xəsarət alıb. Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.