İmişlidə aksiya keçirilib + Fotolar

imislide-aksiya-kecirilib-fotolar
Oxunma sayı: 654

“Qafqazinfo” xəbər verir ki, artıq sosial şəbəkələrdə bununla bağlı foto da paylaşılıb və qeyd olunur ki, yüzlərlə rayon sakini İmişli Rayon İcra Hakimiyyətinin inzibati binası önünə toplanıb.

Üç aydan artıqdır ki, maaşlarını ala bilməyən mədəniyyət işçiləri və s. kiçik məmurlar İmişli rayon İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçiriblər.

Daha sonra əraziyə polis qüvvələri gətirilib. Qarşıdurma zamanı 2 nəfər saxlanılıb. Rayonda gərginlik davam edir.

Aksiyanın keçirilməsinə digər bir səbəb isə icra baçışı Vilyam Hacıyevin özbaşınalığı və apardığı qanunsuz hərəkətləri, ağacların vəhşicəsinə kəsilməsi, Gəncədən gələn iş adamlarına torpaqların qanunsuz olaraq satılmasıdır.