İmişlidə direktorun əri məktəb psixoloqunu döydü

imislide-direktorun-eri-mekteb-psixoloqunu-doydu
Oxunma sayı: 2598

İmişli rayonunda orta məktəbin psixoloqu döyülüb.

“Qafqazinfo”nun “Report”a istinadən məlumatına görə, hadisə rayonun Boşçalılar kənd orta məktəbində baş verib. 

Bələ ki, həmin məktəbdə psixoloq işləyən Şəhla Abbasova direktorun əri tərəfindən döyülüb. Qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.