İmişlidə maşın dərəyə aşdı - Xəsarət alan var

imislide-masin-dereye-asdi
Oxunma sayı: 1374

İmişlidə 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Bəcirəvan kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 37 yaşlı Eldəniz Famil oğlu Hüseynov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.