İmişlidə Respublika Müşavirəsi keçirildi - Foto

imislide-respublika-musaviresi-kecirildi
Oxunma sayı: 1009

İmişli rayonu Heydər Əliyev Mərkəzində  “Pambıq əkinində aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli aparılmasının üstünlükləri” mövzusunda Aran-İqtisadi rayonları üzrə Respublika müşavirəsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki,  tədbirdə İmişli rayon İcra Hakimiyyətinin Başçısı Vilyam Hacıyev, Kənd Təsərrüfatı Nazirinin müşaviri Şöhrət Vəkilov, Kənd Təsərrüfatı Nazirliyi aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrolizinq ASC-nin sədri Elşən Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev və 22 rayondan olan fermerlər  iştirak ediblər.

Vilyam Hacıyev İmişlidə kənd təsərrüfatının inkişafi ilə bağlı görülmüş işlər və qarşıda duran hədəflər barəsində ətraflı məlumat verib. Bildirib ki, bu il pambıqçılığın inkişafına İmişli rayonunda böyük üstünlük verilərək, 18250 ha ərazidə pambıq əkilməsi nəzərdə tutulub.

Daha sonra müşavirə diskusiya xarakterli davam edib. Aran-İqtisadi rayonlardan tədbirə qatılmış nümayəndələr və yerli fermerlər onları maraqlandıran problemlərlə bağlı aidiyyatı üzrə gələn qonaqlara suallar verdiblər.