İmişlidə torpaq altında qalan sürücü öldü

imislide-torpaq-altinda-qalan-surucu-oldu
Oxunma sayı: 2870

İmişli rayonunda qum-çınqıl karxanasında bədbəxt hadisə baş verib.

"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, İmişli rayonunun Şahverdili kəndi ərazisində, Araz çayının üzərində yerləşən qum-çınqıl karxanasında ölüm hadisəsi qeydə alınıb.

İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini, 1990-cı il təvəllüdlü Məmmədov Fariz Valeh oğlunun idarə etdiyi avtoqreyder torpaq kütləsinin uçması nəticəsində aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.