İmişlidə YAP Gənclər Birliyinin konfransı keçirilib - Fotolar

imislide-yap-gencler-birliyinin-konfransi-kecirilib
Oxunma sayı: 2836

YAP İmişli rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə Ulu öndərin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib. 

Kоnfransı giriş sözü ilə YAP rayоn təşkilatının sədri Səfa Ağayev açıb və konfransın işinə uğurlar arzulayıb.

“Hazırda  bu  siyasət  Ümummilli  lidеrimiz  Heydər Əliyеv  siyasi məktəbinin  davamçısı və onun  layiqli  varisi,  gənclərin  sеvimlisi  və  hamisi  möhtərəm  prеzidеntimiz İlham  Əliyеv tərəfindən  uğurla davam еtdirilir. Ölkə  Prеzidеnti  İlham Əliyеv Ulu Öndərimizin  müdrik  idеyalarına  sədaqət nümunəsi  göstərərək  öz  fəaliyyətində,  gənclərlə işə  хüsusi  qayğı  və  diqqət  göstərir. 

YAP İmişli  rayon təşkilatının 8621  nəfər üzvü var, onlardan 2847  nəfərini gənclər, 2650 nəfərini isə qadınlar təşkil edir, rayon təşkilatının 96 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir.

1993-cü ildə yaradılmış İmişli rayon təşkilatı mühüm inkişaf yolu keçib, üzvlərinin və ərazi təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artıb. İmişli rayonunda əhalinin YAP-a axını, ilk ərazi partiya təşkilatlarının yaradılması Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və onun layiqli davamçısı, Prezident İlham Əliyevə inamdan irəli gəlir”.  

Konfransda çıxış edən  YAP  İmişli  rayon   təşkilatı   idarə   heyətinin üzvləri IV  konfransdan ötən  müddət  ərzində görülmüş  işlərə  dair hesabatı qənaətbəxş hesab etdiklərini bildirib və gənclərin fəaliyyətini yüksək qiymətləndiriblər. Sonra təşkilati işlərə baxılıb, YAP İmişli  rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri, İdarə Heyəti və YAP  Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib.

Konfrans  iştirakçılarının yekdil səsverməsinə əsasən,  Muradov Rüfət Ehtiram oğlu YAP İmişli  rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Rüfət Muradov  göstərilən etimada görə partiya rəhbərliyinə və konfrans  nümayəndələrinə   minnətdarlığını  bildirib.  O qeyd  edib ki,  YAP  İmişli   rayon  təşkilatı Gənclər  Birliyi  bundan sonra da rayonun və  respublikanın  ictimai-siyasi, sosial-mədəni həyatında aktiv olacaq, veriləcək tapşırıqları vaxtında və effektiv yerinə yetirəcək. 

“Gənclərimizin  sеvimlisi,  ölkə   vətəndaşlarımızın qarantı  və  ümid  yеri,  hörmətli  prеzidеntimiz  və  partiyamızın sədri  Ilham  Əliyеvi  əmin  еdirik  ki,  biz  gənclər partiyamızın  qarşıya   qoyduğu  vəzifələri şərəflə  yеrinə  yеtirəcək, onun bizə  bəslədiyi  ümidləri  ləyaqətlə  doğrultmaq  üçün  var  qüvvə  və  bacarığımızı    sərf  еdəcəyik”. 

Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov çıxışında deyib ki, gənclərimiz ölkəmizi beynəlxalq    aləmdə   layiqincə   təmsil edir,  Azərbaycanla    bağlı    həqiqətlərin    dünya  ictimaiyyətinə  çatdırılmasında,  mədəni-mənəvi  irsimizin  təbliğ  olunmasında    fəallıq nümayiş etdirir:   Bütün  bunlar  gəncliyimiz  üçün dövlət  tərəfindən yaradılmış əlverişli imkanlar,  verilmiş mükəmməl təhsil və  özünü təsdiqləmək üçün  ideal məkan əsasında ərsəyə gəlib.  

İmişli rayon İcra Hakimiyyətinin başçısı, YAP İmişli rayon təşkilatı idarə heyətinin üzvü  Vilyam  Hacıyev  çıxışında  deyib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi   və  digər  sahələrində  aktiv  fəaliyyət göstərir, intellektual  imkanları  və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir.

O bildirib ki, Azərbaycan dövləti siyasətində gənclərə üstünlük verməklə bərabər bu  istiqamətdə siyasəti  gənclərin bilavasitə iştirakı ilə formalaşdırıb həyata keçirir:

“Bu, onu göstərir ki, Azərbaycan dövləti gənc nəslə həm etibar edir, onun qayğıları ilə məşğul olur,  həm də gənclərin ideyalarını, təkliflərini bilavasitə özlərindən alaraq həyata keçirir. Prezident İlham Əliyevin müvafiq Sərəncamla təsdiqlədiyi “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın qəbul edilməsi məhz bu siyasətin bariz nümunəsidir”.

 Çıxışlardan sonra qətnamə layihəsi oxunub, konfrans işini başa çatdırıb.