İmişlidə YAP üzvlərinin toplantısı keçirildi

imislide-yap-uzvlerinin-toplantisi-kecirildi
Oxunma sayı: 646

İmişli rayonu Heydər Əliyev Mərkəzində YAP  İmişli rayon təşkilatının 10-cu konfransı keçirilib. 

Rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, konfransda partiyanın fəaliyyəti barədə hesabat dinlənilib,YAP rayon təşkilatının sədri və  şura üzvüləri seçilib.

Rayon təşkilatının sədri Səfa Ağayev partiyanın fəaliyyəti barədə hesabat verərək bildirib ki, YAP İmişli rayon təşkilatı 89 ərazi ilk partiya təşkilatını özündə birləşdirir və  üzvülərinin sayı 8500 nəfərdən çoxdur. Hesabat dövründən keçən müddətdə YAP sıralarına 1562 nəfər üzv qəbul olunub və  bunların 964 nəfəri gənc, 1058 nəfəri isə qadındır. Yeni qəbul olunan partiya üzvülərindən 978 nəfəri ali təhsilli, 1160 nəfəri orta ixtisas təhsilli, 358 nəfəri isə orta təhsillidir .

Tədbirdə çıxış edən Milli Məclisin  üzvü, YAP siyasi şurasının üzvü Hadı Rəcəbli, İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev YAP-ın keçdiyi  yoldan danışıblar. 

Həmçinin YAP-ın fəaliyyəti görülən işlər və qarşıda duran əsas vəzifələrdən danışılıb. 

Sonra təşkilati məsələyə baxılıb,  Səfa Ağayev  yenidən YAP İmişli rayon  təşkilatının sədri seçilib. Bir qrup şəxsə partiyanının üzvülük vəsiqələri təqdim olunub.