İmişlidə yol qəzası - Xəsarət alanlar var

imislide-yol-qezasi
Oxunma sayı: 1581

İmişlidə baş verən qəzada 2 nəfər xəsarət alıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Horadiz avtomagistralının İmişli rayonu Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sabirabad sakini, 1958-ci il təvəllüdlü Qəhrəmanov Lələxan Abuzər oğlunun idarə etdiyi “Honda” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü və avtomobildə olan 1961-ci il təvəllüdlü Qəhrəmanova Həmişəgül Bəhlul qızı müxtəlif dərəcəli xəsarətlər alaraq İmişli rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.