“İmkan verin bir-iki manat qazanım” – - Aygün Kazımova

imkan-verin-bir-iki-manat-qazanim-
Oxunma sayı: 2630


“Qafqazinfo”nun məlumatına görə, xalq artisti “Onlar” verilişinə açıqlamasında Türkiyənin tanınmış simaları ilə işbirliyi quracağını bildirib: 

“Yeni “Cofee from Columbia”  albomum çıxdı, çox xoşbəxtəm.  Klipin görüntülərini  üç variantda göndərmişdilər, baxıb razılıq verdim. Bir neçə gün sonra mahnılarım tanınmış kanallarda yayımlanacaq. İkinci albom üçün hazırlaşıram. Yeni fotosessiya üçün imicimi dəyişdirmişəm. Bir neçə gün sonra  İstanbula yola düşəcəm, orada böyük toplantı olacaq, artıq çıxış mahnımı seçmişik. Geniş açıqlama verə bilmərəm, məni asarlar. İmkan verin bir-iki manat qazanım. Ozan Çolakoğlu, Ozan Doğulu , Mustafa Ceceli ilə işbirliyimiz olacaq. Ceceli “Azərbaycan” mahnımı aranjeman edəcək. Bu yaxınlarda özəl bayramların birində mahnını ifa edəcəm”.