İmkansız abituriyentlərə dərs vəsaitləri paylayırlar

imkansiz-abituriyentlere-ders-vesaitleri-paylayirlar
Oxunma sayı: 690


“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı partiyanın mətbuat xidmətinə Ümid Partiyası Gənclər Təşkilatının sədri Elvin Camalov bildirib.

O, deyib ki, aksiya bütün rayonları əhatə edəcək. Məqsəd gənclərin maarifləndirilməsi və imkansız abituriyentlərin dərs vəsaitləri ilə təmin edilməsidir. İlkin olaraq gənclərə 90 kitab paylanılıb.

“ Gənclərimizin çoxu imkansızlıq ucbatından kitab ala bilmir. Azərbaycanın təhsili, savadlı gənclərə ehtiyacı var. Ölkəmizin gələcəyi olacaq gənclərə kömək etmək istəyirik. Ümid Partiyası hər zaman gəncləri diqqət mərkəzində saxlayır. Çünki, Azərbaycanın demokratikləşməsində gənclər böyük rol oynayacaq ”- Ümid Gənclər Təşkilatının sədri Elvin Camalovun deyib.