İmperatorun əmisi oğlu vəfat etdi

imperatorun-emisi-oglu-vefat-etdi-
Oxunma sayı: 640

Bu barədə AzərTAc-ın Tokiodakı xüsusi müxbiri xəbər verib. Şahzadə Tomohitonin boğazında 16 əməliyyat aparılmış, həmçinin o, 1991-ci ildə qida borusunda xərçəng şişinin götürülməsindən sonra çoxsaylı müalicə kursları keçmişdi.

Şahzadə Tomohito İmperator Syovanın qardaşı oğlu idi. Vəfatından sonra onun həyat yoldaşı şahzadə Noriko və iki qızı qalıb.

Şahzadə Tomohito Yaponiya-İngiltərə və Yaponiya-Norveç cəmiyyətlərinin hamisi idi. O xərçəng xəstəliyinin qarşısının alınması naminə təşkil edilən kampaniyalarda fəal iştirak edirdi və xərçəngin tədqiqi fondunun rəhbəri idi.

Lakin tale elə gətirmişdi ki, o özü uzun illər ərzində xərçənglə mübarizə aparmalı olmuşdu. 2008-ci ildə aparılmış əməliyyatdan sonra o, səsini itirmişdi və ancaq süni qırtlaq vasitəsilə danışa bilirdi.

Ötən ilin dəhşətli mart zəlzələsindən sonra şahzadə Tomohito Miyaqi prefekturasına gedərək, zərər çəkmiş insanlara mənəvi dayaq olmağa çalışmışdı.