İmran Qasımovun 100 illiyi qeyd olunacaq

imran-qasimovun-100-illiyi-qeyd-olunacaq
Oxunma sayı: 1669

2018-ci ilin noyabr ayında xalq yazıçısı İmran Haşım oğlu Qasımovun anadan olmasının 100 illiyi tamam olur. 

“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə prezident İlham Əliyev İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Mədəniyyət Nazirliyinə Azərbaycan Yazıçılar Birliyinin və Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla İmran Qasımovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.