İmtahan gedir!

imtahan-gedir
Oxunma sayı: 679

TQDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün imtahan baza fənləri üzrə keçirilir. Avqustun 26-da isə ixtisas fənləri üzrə sınaq imtahanı olacaq.

Sınaq imtahanları Bakı şəhərində keçirilir. İmtahanda iştirak etmək istəyən namizədlər avqustun 13-dən internet vasitəsi ilə qeydiyyatdan keçiblər.

Rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi sentyabrın 8-də, ikinci mərhələsi sentyabrın 9-da Bakıda keçiriləcək.

İmtahanda iştirak etmək üçün namizəd sentyabrın 5-dən 7-dək elektron ərizəsinə daxil olaraq, imtahanın hər bir mərhələsi üçün "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidir.

Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndiriləcək. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərməyəcək. İmtahan suallarının cavablandırılmasına hər mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılacaq.