İmtahan nəticələri açıqlandı

imtahan-neticeleri-aciqlandi
Oxunma sayı: 706

“Qafqazinfo”nun məlumatına görə, imtahanın nəticələri saat 18.00-dan sonra tqdk.gov.az saytında yerləşdiriləcək, amma abituriyentlər hazırda imtahan nəticələrini öyrənmək üçün mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərə bilərlər.

Xatırladaq ki, iyunun 20-də 2012/2013-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanı keçirilib.

Qəbul imtahanları Bakıda 37, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7, Şəkidə 3, Lənkəranda 4 binada keçirilib. I ixtisas qrupu üzrə 33533 abituriyent ərizə təqdim edib. Onlardan 1200 nəfəri imtahanlara gəlməyib. Qəbul imtahanında iştirak edən 42 abituriyent imtahan qaydalarını pozduqlarına, köçürməyə cəhd göstərdiklərinə görə zaldan çıxarılıblar və nəticələri ləğv edilib.

I ixtisas qrupu üzrə sənəd verənlərin 30803 nəfəri Azərbaycan bölməsinin, 2730 nəfəri isə rus bölməsinin məzunudur.
Abituriyentlərin 19847 nəfərini oğlanlar, 13686 nəfərini isə qızlar təşkil edir.