İmtahanda Heydər Əliyevlə bağlı sualda anlaşılmazlıq - Foto

İmtahanda Heydər Əliyevlə bağlı sualda anlaşılmazlıq
Oxunma sayı: 38

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) 2017-2018-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

Təhsil üzrə ekspert Kamran Əsədov “Qafqazinfo”ya bildirib ki, hər il olduğu kimi bu ildə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqları arasında problemlər olub. 

O qeyd edib ki, ilk problem III qrup A variantı 64-cü və B variantı 67-ci test tapşırığı ilə bağlıdır.

Tapşırıqda abituriyentlərdən mərhum prezident Heydər Əliyevin Azərbaycana birinci və ikinci rəhbərliyi dövrünə aid olan oxşar hadisələri tapmaq tələb olunur. 

Yəni Heydər Əliyevin 1969-1982 və 1993-2003- cü illərdəki rəhbərliyi dövründəki fəaliyyət arasında oxşarlıq tapılmalıdır. 

1-cisi Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana yox, Azərbaycan SSR-ə rəhbərlik edib. Yəni 1978-ci il konstitusiyasının 1-ci Maddəsində deyilir:   Azərbaycan Sovet Sosialist Respublikası fəһlələrin, kəndlilərin və ziyalıların, respublikanın bütün millətlərdən olan zəһmətkeşlərinin iradə və mənafeyini ifadə edən sosialist ümumxalq dövlətidir.

Elmi kitab və məqalələrə görə 64 – cü test tapşırığında B. D, E variantları, 67-ci test tapşırığında isə A, B, D, E variantları doğru cavablardır. 

Aşağıdakı dərslik və elmi məqalələr test tapşırığının elmi səhv olduğunu təsdiq edir:

Musa Qasımlı:

•    SSRİ-Türkiyə münasibətləri (Türkiyədə 1960-cı il çevrilişindən SSRİ-nin dağılmasınadək). I cild. 1960-1979. Bakı: Adiloğlu, 2007, 560 səh.

•    SSRİ-Türkiyə münasibətləri (Türkiyədə 1960-cı il çevrilişindən SSRİ-nin dağılmasınadək). II cild.1979-1991. Bakı: Adiloğlu,2009, 400 səh.

•    Azərbaycan Respublikası beynəlxalq mədəni əlaqələrdə (1946-1990-cı illər). İxtisas kursunun proqramı. Bakı: BDU nəşriyyatı, 1992

•    Азербайджан, Армения и Турция в 1920-1994 гг.: реальная история. Москва, ИНСАН, 2016. 616 с.

•    Türkiye-Sovyet Sosyalist Cumhuriyetleri Birliği ilişkileri.Ankara, Atatürk Araştırmaları Merkezi Yayınları, 2013. 599 s

http://www.asosjournal.com/Makaleler/649733721_164%20ESEDOV%20KAMRAN.pdf

http://files.preslib.az/projects/toplu/v2/f1_2.pdf

http://www.azerbaijan.az/portal/History/Middle/middle_06_a.html#top

http://anl.az/el/h/hi_madq.pdf

http://lib.aliyevheritage.org/az/4610295.html

Kamran Əsədov bildirib ki, bunlarla bərabər DİM bu ildən qəbul imtahanlarını 40 manat etdi ki, test tapşırıqları sifariş verəcək, ona xərci çıxacaq:

“Lakin II və III qrupda istifadə olunmuş testlətin 90-faizi 2015-2016-cı ildə çap olunmuş fənlər üzrə, olduğu kimi test bankdan düşmüşdü. Həm də yaxın illərdə bu sualların hamısı qəbul və sınaq imtahanlarıdna istifadə olunmuşdu. Deməli, DİM qəbul imtahanlarının suallarına heç bir xərc çəkmədi”. 

Qeyd edim ki, test tapşırıqları orta məktəb dərsliyi əsasında tərtib oluna bilər, amma sualı seçən şəxsin elmi biliyi olmalıdır ki, mübaisə yaradacaq informasiyalar sualda öz əksini tapmasın”. 

Ekspert vurğulayıb ki, XI sinif Azərbaycan tarixi dərsliyində 1920-1991-ci illərdə Azərbaycanın adı Azərbaycan SSR qeyd olunub:

“Kimsə özündən dərslikdən əlavə ifadə işlədə bilməz. Hörmətli DİM nəzərə almalıdır ki, yuxarıda göstərdiyim faktlara əsasən qeyd olunan test tapşırıqlarında elmi səhvlərin olduğu, buna görə də bu sualların bir neçə cavabının ortaya çıxdığı məlumdur. Odur ki, sizdən bu sualların cavabının * kimi işarələnməsini və abituriyentlərin xeyrinə hesab edilməsini istərdim. 

Bura DİM-in nizamnamənin şərtlərini əlavə etməyi: yəni elmi mübahisə yaradan, ziddiyyətli faktlardan sual, test tapşırıqları salınmamalıdır kimi tövsiyələri yazmıram. Çünki onlar bunu daha yaxşı bilir”. 

***

“Qafqazinfo” məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə ilə əlaqə saxlayıb. O bildirib ki, imtahanlardan sonra ekspertiza keçirilib və hər hansı bir elmi-metodiki səhv aşkarlanmayıb:

“Yəni testlərdə hər hansı bir səhv yoxdur. Apelyasiya Komissiyası yaradılıb, kim istəyirsə, müraciət edə bilər. 1-3 may aralığında Bakı Asiya Universitetinin binasında komissiya fəaliyyət göstərəcək. İstənilən şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə suallarına cavab ala bilər”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi