İmtahanlarda maksimum nəticə göstərən Bakı məktəbliləri... - Siyahı

imtahanlarda-maksimum-netice-gosteren-baki-mekteblileri
Oxunma sayı: 2819

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər.

“Qafqazinfo” xəbər verir ki, I ixtisas qrupu üzrə 297 nömrəli tam orta məktəbin şagirdi Anar Abıyev, 109 nömrəli tam orta məktəbin şagirdi Azər Zeynallı, 169 nömrəli tam orta məktəbin şagirdi Aslan Aşirov, 58 nömrəli tam orta məktəbin şagirdi Sona Mehdizadə, IV ixtisas qrupu üzrə isə 29 nömrəli tam orta məktəbin şagirdi Nərmin Balakişiyeva, 192 nömrəli tam orta məktəbin şagirdi Anar Kərimxanov bütün suallara düzgün cavab verərək 700 bal toplayıblar.