İmtahanların vaxtı açıqlandı - Abituriyentlərin nəzərinə!

imtahanlarin-vaxti-aciqlandi
Oxunma sayı: 1047

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən yay qəbul imtahanlarının, buraxılış imtahanlarının, orta ixtisas təhsili müəssiələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanlarının tarixləri müəyyən olunub.

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı iyulun 14-də, I və IV ixtisas qrupları üzrə isə iyulun 22-də keçiriləcək.

Bölgələr üzrə ümumi orta (9 illik, II mərhələ) və tam orta (11 illik) təhsil bazasında  təhsilalanların yekun qiymətləndirilməsi üçün keçirilən buraxılış imtahanları 2017 ci il 17, 23, 30 iyun tarixlərində aşağıdakı qrafikə uyğun təşkil olunacaq.


Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin  şagirdləri üçün iyunun 30-da keçiriləcək.Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda)  yuxarıdakı qrafikə uyğun verəcəklər. 

Ali təhsil müəssisələrinin V ixtisas qrupuna , ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssiələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları və eksternat qaydasında yekun qiymətləndirmədə iştirak edən şəxslər üçün imtahanlar isə iyulun 5-də keçiriləcək.
 
Qeyd edək ki, cari ilin məzunları V ixtisas qrupu və orta ixtisas təhsili müəssiələrinə qəbul olmaq üçün keçirilən müsabiqədə buraxılış imtahanları nəticələri əsasında iştirak edirlər.