İmtahanların vaxtı dəyişdirildi - Tələbələrə müraciət

imtahanlarin-vaxti-deyisdirildi
Oxunma sayı: 2512

Bakı Dövlət Universitetində sabah ölkə ərazisində müşahidə edilməsi proqnozlaşdırılan ifrat təhlükəli hava şəraiti ilə bağlı imtahanların vaxtı dəyişdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, hava şəraiti ilə əlaqədar olaraq Bakı Dövlət Universitetində 17 yanvar tarixinə təyin edilmiş imtahanlar 19 yanvar tarixinə, 18 yanvar tarixli imtahanlar isə 21 yanvar tarixinə keçirilib.

Günel Türksoy