“İmza gününə” cangüdənlə gələn Azərbaycanlı müğənni

imza-gunune-cangudenle-gelen-azerbaycanli-mugenni
Oxunma sayı: 2314


“Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, ifaçının imza gününə çox sayda pərəstişkarları qatılıb. Görüş təyin olunan məkana cangüdənlə gələn ifaçı sevənlərinə xoş sözlər deyib: “İmza günümə gəldiyiniz üçün çox şadam. Bu gün burada iştirak edən məni sevənlər yeni ifa etdiyim “Dilimin ucunda” adlı mahnımın albomunu imzamla bərabər əldə edəcək.

Düşünürəm ki, sevənlərimlə arada görüşməliyəm. Amma yaradıcılıq işlərimin çox olması bu istəyimi gerçəkləşdirməyə imkan vermirdi. Bu gün bu tədbiri təşkil edən dj Kazıma, aparıcılıq edən Şahin Cavadsoya, ümumilikdə əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm”.

Sevərlərinə imzalı albomlunu təqdim edən müğənni sonda onlarla xatirə şəkli də çəkdirdi.

Qeyd edək ki, “Dilimin ucunda” adlı mahnının musiqisi E.Cəfərova , sözləri Azər Şirinə, aranjemanı isə Tərlan Məmmədhüseynova məxsusdur.