İnam Kərimovdan ilk təyinat

inam-kerimovdan-ilk-teyinat
Oxunma sayı: 15395

Kənd təsərrüfatı naziri İnam Kərimov ilk təyinatını həyata keçirib. 

"Qafqazinfo" xəbər verir ki, nazir ASAN-ın mətbuat xidmətinin rəhbəri Anar Hüseynovu Kənd Təsərrüfatı Nazirliyinə gətirib.

A. Hüseynov bundan sonra qurumun mətbuat xidmətinə rəhbərlik edəcək.

Qeyd edək ki, sözügedən vəzifəni bu vaxta qədər Murtuzəli Hacıyev icra edib.