“İncəsənət tariximizin pillələri” adlı sərgi keçiriləcək

incesenet-tariximizin-pilleleri-adli-sergi-kecirilecek
Oxunma sayı: 639

“Qafqazinfo”nun Mədəniyyət və Turizm Nazrliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərginin təşkilində əsas məqsəd 1940-1980-ci illərdə yaradılmış, xalqımızın yaşadığı tarixi dövrün xüsusiyyətlərini özünəməxsus şəkildə nümayiş etdirən və sənət tariximizdə özünəməxsus yer tutan nadir sənət incilərinin mərhələli surətdə nümayişi və gənc nəslə təbliğindən ibarətdir.
Xatırladaq ki, 2010-cu ildə də nazirlik tərəfindən eyni adlı sərgi keçirilib və həmin sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin fondundan seçilmiş və 20-ci əsrin əvvəllərindən 1940-cı ilədək olan əsərlər nümayiş etdirilib.
Bu dəfə ekspozisiyada nümayiş etdiriləcək əsərlər Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçilib.