“İnci” şirkətinin əməkdaşları “Ana harayı” abidəsini ziyarət edib

“İnci” şirkətinin əməkdaşları “Ana harayı” abidəsini ziyarət edib
Oxunma sayı: 651

Fevralın 26-da “İnci” şirkətinin əməkdaşları Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar soyqırım qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət ediblər.

"Qafqazinfo" xəbər verir ki, ziyarət zamanı şirkətin əməkdaşları tərəfindən Xocalıda şəhid olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoyulub, onların ruhuna dualar oxunub.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu faciədən 26 il keçir. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi.

Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi