İndi al, iki ay sonra ödə!

indi-al-iki-ay-sonra-ode
Oxunma sayı: 785

“Qafqazinfo”xəbər verir ki, bu kampaniya çərçivəsində hər bir ALBALI kart sahibi fevralın 13-14-də Bankın partnyoru olan 500-dən artıq mağazadan güzəştli alış-veriş edərək, aldığı malın və ya göstərilən xidmətin dəyərini 2 aydan sonra ödəmək imkanı qazanacaq, həm də faizsiz və hissə-hissə. 13-14 fevral aksiyası ATM nağdlaşdırmaları və onlayn kommunal ödənişlərinə şamil edilmir.
Onu da qeyd edək ki, ALBALI kart sahiblərini 13-14 fevral tarixlərində Unibankın partnyor-mağazaları olan Loccitane (10%), Gülüm(10%), Bateel(15%), İtalsilver(20%) və Greenwich (20%) dükanlarında endirim kampaniyaları gözləyir.
Unibankın ALBALI kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında ən çox tələbat duyulan kart məhsuluna çevrilib. ALBALI kartı tamamilə pulsuzdur. Bu kart paytaxtın 500-dən artıq mağazasında məhsul və xidmətlərin qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. ALBALI kartla alınan malın dəyəri bərabər hissələrə bölünərək, bir neçə ay ərzində (12 aya qədər) və hər ayın 1-dən 10-dək ödənilir. Məsələn, siz Unibankın partnyor-mağazasından120 manatlıq alış-veriş edirsiniz. Mağaza bu məhsulu 12 aylıq taksitlə satırsa, siz hər ay cəmi 10 manat ödəyirsiniz. Ödənişi Unibankın istənilən filialındakı Cash-in terminallarının köməyi ilə aparmaq mümkündür.
Müştərilər ALBALI kartı Unibankın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, illik faiz dərəcəsi 0% olan kreditlə, tamamilə pulsuz olaraq ala bilərlər. 3 il müddətinə 3000 AZN-dək kredit cəlb etməyə imkan verən ALBALI kartı, bankomat vasitəsilə 200 AZN-dək nağd pulu almağı da mümkün edir. ALBALI kartı sifariş etmək çox asandır. Kartı əldə etmək üçün sadəcə online sifariş anketini doldurmaq yetər. Sifariş anketini http://www.albali.az/sifarish-et/ ünvanından doldura bilərsiniz.
“Albalı” kartı ilə baglı bütün məlumatları www.albali.az internet saytından, Unibankın facebook səhifəsindən https://www.facebook.com/albalikart və ya 117 nömrəsindən öyrənmək mümkündü.
Bəs sizin çox-çox sərfəli ALBALI kartınız varmı?
ALBALI – çox-çox sərfəli kart.
Unibank – hər kəsin bankı.