İndi də Di Mariyanın başı dərddədir

indi-de-di-mariyanin-basi-derddedir
Oxunma sayı: 636

PSJ-nin argentinalı ulduzu Anxel Di Mariyanın “Real Madrid”də oynadığı dövrdə vergidən yayındığı üzə çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu 2012-2013-cü ildə 1 milyon 298 min 989 avro vergidən yayıdığını etiraf edib.

Məhkəmə Di Mariyaya 2 milyon avro pul cəriməsi və 1 il həbs cəzası təyin edib. Futbolçunun cəriməni qısa zamanda ödəyəcəyi bildirilir. Lakin, cəza müddəti 2 ildən az olması və keçmişdə cinayət törətmədiyi nəzərə alınaraq həbsdə yatmayacaq.

Qeyd edək ki, daha öncə vergidən yayındığı üçün Xayver Makseranoya 800 min avro və 1 il həbs, Messiyə isə 2 milyon avro və 21 ay həbs cəzası verilmişdi. Lakin, onlar da həbs cəzasının qarşılığını ödəyərək həbsdə yatmayıblar.

Hazırda eyni maddə üzrə Kriştiano Ronaldo, Radamel Falkao, Rikardo Karvalyo, Fabio Koentrao və Joze Mourinyo haqında açılan cinayət işlərinin istintaqı davam etdirilir.