İndi də İnstaqramda parollarla bağlı qalmaqal yarandı

indi-de-instaqramda-parollarla-bagli-qalmaqal-yarandi
Oxunma sayı: 862

İnstaqram xidmətinin bir neçə milyon istifadəçisinin hesab parolu şifrlənməmiş şəkildə saxlanılıb.

“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, İntaqramın daxil olduğu “Facebook” şirkətinin rəhbərliyi də bu faktı təsdiq edib.

Bildirilib ki, problem aradan qaldırılıb və parolu şifrlənməmiş şəkildə saxlanılmış istifadəçilərə məlumat veriləcək.

Qeyd edək ki, ötən il “Facebook” istifadəçilərinin də parollarının onların icazəsi olmadan üçüncü tərəflərə ötürülməsi ilə bağlı qalmaqal ortaya çıxmış və şirkət məhkəməlik olmuşdu.