İndi də “Note 4”də problem aşkarlandı - 10 mini geri çağırılır

indi-de-note-4de-problem-askarlandi
Oxunma sayı: 636

“Samsung” şirkəti “Galaxy Note 4” smartfonu üçün 10 mindən çox akkumulyatoru geri çağırıb. Bu, akkumulyatorların alışıb yanmaq riskinin yüksək olması ilə izah edilir.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, ABŞ-ın istehlak mallarının təhlükəsizliyi üzrə Komissiyasının nümayəndələrinin sözlərinə görə, söhbət ABŞ-ın “AT&T” operatorunun sığorta proqramı üzrə bərpa edilmiş batareyalardan gedir.

Akkumulyatorların tədarükü ilə “FedEx Supply Chain” şirkəti məşğul olub. Komissiya problemli qurğuların sahiblərini onlardan istifadəni dayandırmağa səsləyib.

“Samsung”un nümayəndələri baş vermiş hadisədə “FedEx” şirkətini ittiham edir. Cənubi Koreya şirkətinin mətbuat xidmətindən bildirilib ki, akkumulyatorların bərpası proqramı Cənubi Koreya istehsalçısı tərəfindən həyata keçirilməyib, buna görə istifadəçilər bilavasitə tədarükçü şirkətə müraciət etməlidir.

“FedEx” baş vermiş hadisədən təəssüf keçirdiyini və akkumulyatorları pulsuz dəyişməyə hazır olduqlarını bildiriblər. Hazırda şirkət partlayış təhlükəsi olan akkumulyatorların geri qaytarılması üçün xüsusi qablaşdırmaların tədarükü ilə məşğuldur.