İndi də “Qırmızı jiletlilər” aksiyaya hazırlaşır

indi-de-qirmizi-jiletliler-aksiyaya-hazirlasir
Oxunma sayı: 1747

Fransada “Sarı jiletlilər”dən sonra Hollandiyada da “Qırmızı jiletlilər” kütləvi aksiyaya başlayır.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 16 dekabrda Utrext şəhərində hökumət əleyhinə genişmiqyaslı aksiya üçün çağırış edilib.

“Qırmızı jiletlilər” Hollandiya baş naziri Mark Ruttenin illərdir davam edən pis idarəçiliyinə son qoymaq niyyətində olduqlarını açıqlayıblar.

Radikal sağçı qruplar ölkədə pensiya yaşının yüksək olması, səhiyyə və təhsildəki yüksək qiymətlər və miqrantlarla bağlı məsələlərə etiraz edirlər.