“İndi mən də deyim, o, kimlə sevişir?”- - Xatirə

indi-men-de-deyim-o-kimle-sevisir-
Oxunma sayı: 10900


Müğənni Xatirə İslam “Xatirə Rüfətlə eşq yaşayır” sözlərindən sonra “Günaydın” verilişini tərk etməsinə münasibət bildirib. “Qafqazinfo”nun məlumatına görə, sənətçi bu haqda sosial şəbəkədə məlumat yayıb:

“İki gün əvvəl verilişlərin birində Rüfətlə mənim eşq yaşadığım haqda sual verildi və mən də küsüb getdim.  Çünki elə bir zirvədəyəm ki, hər çağırılan yerə getməməliyəm. O verilişə getməyə etiraz edirdim, çünki orada hər zaman qalmaqal olur.  Qalmaqal artıq camaata keçmir, yeni bir şey fikirləşin. Xalq hamını tanıyır, Bakı balaca şəhərdi. İndi mən də sandığı açıb deyim ki, kimin arvadı harada nə edir?  Hansı aparıcı kimlə sevişir? Onda xoşunuza gələr? Rüfət mənim qardaşımdır, məni tanıyan bilir. Bəzi saytlarda o verilişə lazım olan kimi işıqlandırır. Ondan yazacaqsınızsa, əcəb edirsiz. Özümü dartmaq zamanı gəldi. Reytinq qazanmaq üçün olmayan şeyləri yazmaq lazım deyil”. 

Könül