“İndi niyə bu vəhşilik baş verir?”

indi-niye-bu-vehsilik-bas-verir
Oxunma sayı: 2271

“Bizdə niyə küçə itlərini öldürürlər? Bunun dünya təcrübəsində sivil üsulları var. Quduzlaşmış itləri xüsusi iynə-dərmanla yatızdırırlar”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə yazıb. 

Müğənni son zamanlar küçə itlərinin öldürülməsi ilə bağlı yayılan videolara münasibət bildirib. Sənətçi bu cür vəhşilik törədən şəxsləri qınayıb:

“Gün ərzində sosial şəbəkələrdə Bakı küçələrində qana bulaşmış, sümükləri sındırılmış zavallı heyvanların videolarını görürəm və bir insane kimi əzab çəkirəm. Biz uşaqlıqda, məktəb illərində oxuduğumuz əsərlərdə heyvanların insanlara necə sədaqətli, faydalı olduğunu öyrənirdik və Tanrının onları bizə əmanət və hədiyyə göndərdiyini bilirdik. İndi niyə bu vəhşilik baş verir?”