İndoneziya gün ərzində 2-ci dəfə silkələndi

indoneziya-gun-erzinde-2-ci-defe-silkelendi
Oxunma sayı: 3088

İndoneziyanın Lombok adası yaxınlığında 6,9 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) zəlzələnin episentrini Belantinqin 4 kilometr cənubunda, 20,3 kilometr dərinlikdə qeydə alıb. Zəlzələdə ölən və yaralananlar haqda məlumat yoxdur.

Qeyd edək ki, Lombok adasında bu səhər də 6,3 bal gücündə zəlzələ olmuşdu.