İndoneziyada 6,5 bal gücündə zəlzələ oldu - Tsunami xəbərdarlığı

indoneziyada-65-bal-gucunde-zelzele-oldu
Oxunma sayı: 1148

İndoneziyanın Yava adasında 6,5 gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanın episentri yerin 112 km dərinliyində yerləşib.

İtki və dağıntılar barədə məlumat yoxdur.

Yerli rəsmilər güclü zəlzələdən sonra Tsunami ola biləcəyi barədə xəbərdarlıq ediblər.