İndoneziyada ilk metro xətti açılıb

indoneziyada-ilk-metro-xetti-acilib
Oxunma sayı: 1134

İndoneziyada ölkənin ilk metropoliten xətti istifadəyə verilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident Coko Vidodo paytaxt Cakartada xəttin açılışını edib. Onun sözlərinə görə, metro xətti paytaxtla əhalinin sıx məskunlaşdığı cənub bölgələrində nəqliyyatdan istifadəni asanlaşdıracaq.

İlk həftə insanlar metrodan pulsuz istifadə edəcək, daha sonra isə gediş haqqı 70 sent (təxminən 1.20 AZN) olacaq.

Qeyd edək ki, uzunluğu 16 km olan metro xəttinin tikintisi təxminən 6 ilə ərsəyə gəlib. Layihənin dəyəri təxminən 1,1 milyard dollardır.