İndoneziyada parlament spikeri saxlanılıb

indoneziyada-parlament-spikeri-saxlanilib
Oxunma sayı: 1106

İndoneziyanın korrupsiya ilə mübarizə üzrə komissiyası parlamentin spikeri Setya Novantonu saxlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, spiker dövlət büdcəsindən təxminən 170 milyon dollar mənimsəməkdə ittiham olunur. 

Antikorrupsiya orqanı məmurun evində reyd keçirib, lakin Novanto həmin gün evdə olmayıb. Hökumət spikeri növbəti gün avtomobil qəzasına düşdükdən sonra tapa bilib. 

Novantonun noyabr 30-da ilk dindirilməsi olacaq.