İndoneziyada sel fəlakəti davam edir - Ölü və yaralı sayı durmadan artır

indoneziyada-sel-felaketi-davam-edir
Oxunma sayı: 657

İndoneziyanın şərqində yerləşən Papua əyalətində güclü daşqınlar ağır fəsadlara səbəb olub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, təbii fəakət nəticəsində ölənlərin sayı 89-a çatıb.

159 nəfər xəsarət alan var. Daha 74 nəfər isə itkindir.

Daşqınların ən çox təsir etdiyi Sentani bölgəsində 82 nəfər ölüb.

Qeyd edək ki, musson yağışlarının təsirində olan, tropik iqlimin hökm sürdüyü İndoneziyada il ərzində güclü yağışlara görə tez-tez daşqınlar və torpaq sürüşmələri baş verir.