İndoneziyada zəlzələ - 2 ölü, 20 yaralı

indoneziyada-zelzele
Oxunma sayı: 640

İndineziyada 4,4 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla 13.30-da Mərkəzi Yava əyalətinin Bancarneqara şəhərində qeydə alınıb.

Zəlzələ nəticəsində 2 nəfər ölüb, daha 20 nəfər isə xəsarət alıb.