İndoneziyada zəlzələ oldu

indoneziyada-zelzele-oldu
Oxunma sayı: 824

İndoneziyada 5 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Saumlaki şəhərindən 156 kilometr cənubda, ocağı isə 73 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.